kriminal.az
Britaniya kral saraylarının pərdələrindən hazırlanmış geyimlər hərraca çıxarılıb – FOTO

İngiltərədə Kral III Çarlzın xeyriyyəçilərə bağışladığı Bukingem Sarayı və Vindzor qəsrinin pərdələrindən hazırlanmış kimonolar bazar günü başlayan onlayn hərraca çıxarılıb.

II Elizabetin (1926-2022) dövründə kral ailəsinin şəxsi otaqlarını bəzəyən çiçək naxışlı pərdələr monarx III Çarlzın təşəbbüsü ilə kimonoya çevrilib.

Hərrac cümə axşamına qədər davam edəcək. Əldə edilən gəlir, xüsusilə ənənəvi sənətkarlığın inkişafına sərf olunacaq.

Mənbə: TASS

Top
0.12385988235474