kriminal.az
Rusiyada nadir rast gəlinən “günəş sütunu” hadisəsi baş verib - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində nadir rast gəlinən “günəş sütunu” hadisəsi videoya çəkilib.

Sakinlər Turku küçəsində və Nepokornıx prospektində optik effektin göründüyünü müşahidə ediblər. Yayımlanan videoda yuxarıya doğru uzanan buludlu səma fonunda parlaq qırmızı işıq zolağı müçahidə edilir.

Həmçinin “ay sütunlarının” da mövcud olduğu məlumdur, lakin bu təbiət hadisəsi adətən soyuq Arktika bölgələrində müşahidə olunur.

Mənbə: lenta.ru

Top
0.22676992416382