kriminal.az
Hindistanda yağan yağışlar yeddi nəfərin ölümünə səbəb olub - VİDEO

Hindistanın cənubuna “Miçaunq” qasırğasının müşayiəti ilə yağan güclü yağışlar ölkənin cənubundakı Çennay şəhərində azı yeddi nəfərin həyatına son qoyub.

Məlumata görə, güclü küləklə müşayiət olunan leysan evlərin dağılmasına, elektrik xətlərinin qırılmasına səbəb olub. Şəhərin bir çox yolları və meydanları su altında qalıb.

Qeyd edək ki, xilasetmə əməliyyatlarına və sakinlərin müvəqqəti məskunlaşma mərkəzlərinə təxliyəsinə beş min nəfər cəlb olunub.

Mənbə: TASS

Top
0.13246583938599