kriminal.az
La Liqa: “Valensiya” qələbə qazandı

İspaniya La Liqasının 19-cu turunun növbəti oyununda “Valensiya” “Vilyarreal”ı qəbul edib.

Kriminal.Az-ın məlumatına görə, oyun “yarasalar”ın qələbəsi ilə başa çatıb.

Matçda hesabı 4-cü dəqiqədə Roman Yaremçuk açıb (1:0). Daha sonra Pepelu dubl edib (27, 57) (3:0). “Vilyarreal”ın yeganə qolunu 73-cü dəqiqədə Cerard Moreno vurub - 3:1.

Qeyd edək ki, 19 turdan sonra 29 xalla "Valensiya" turnir cədvəlinin 9-cu, 19 xalla "Vilyarreal" isə 13-cü pillədə qərarlaşıb.

Top
0.11807799339294