kriminal.az
Qattuzo bütün oyunçulara

"Hayduk"un baş məşqçisi Cennaro Qattuzo oyunçulara və heyətə hədiyyələr verib.

Kriminal.Az euro-football.ru-ya istinadən xəbər verir ki, italiyalı məşqçi hər kəsə yeni "iPhone 16" alıb.

Təxminən 30-35 smartfon sifariş verilib və Qattuzo ümumilikdə 40 min avroya yaxın hesabı ödəyib.

Qeyd edək ki, cümə günü "Hayduk" səfərdə "Dinamo Zaqreb"i məğlub edib. Qattuzonun yetirmələri 1:0 hesabı ilə qalib gəlib, qolu Marko Livaya vurub.

Top
0.17712903022766