kriminal.az
Moratanın het-triki “Atletiko”ya məğlubiyyətdən xilas olmaq üçün yetmədi - VİDEO

İspaniya La Liqasında 19-cu turun mərkəzi qarşılaşması baş tutub.

“Munisipal de Montilivi” arenasında bu mövsüm çempionluğa iddialı “Jirona” Madrid “Atletiko”sunu qəbul edib.

Qol dueli meydan sahiblərinin qələbəsilə yekunlaşıb - 4:3.

Ev sahiblərindən Fernandez (2), Savio (26), Blind (39), Martin (90+2) qonaqlardan isə Morata (12, 44, 54) fərqləniblər.

Bu nəticədən sonra “Jirona” 48 xal toplayaraq ikinci yerdə qalsa da, lider “Real”la xallarını bərabərləşdirib, “Atletiko” isə 38 xalla üçüncü pillədəki yerini qoruyub.

 

Top
0.097856998443604