kriminal.az
Fransada Neymarın PSJ-yə tarixi transferi ilə bağlı korrupsiya qalmaqalı araşdırılır

Fransada braziliyalı futbolçu Neymarın “Barselona”dan PSJ-yə tarixi transferi ilə bağlı korrupsiya qalmaqalı ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd olunur ki, Fransa Assambleyasının keçmiş vitse-prezidenti Yuq Renson və PSJ-nin ictimaiyyətlə əlaqələr üzrə keçmiş direktoru Jan-Maryal Ribes korrupsiya sxemində şübhəli bilinirlər, çünki onlar vəzifəsindən istifadə edərək məxfi məlumatları əldə edə bilərdilər. Renson Neymar müqaviləsində vergilərin azaldılmasına təsir etməkdə şübhəli bilinir. Bunun müqabilində parlamentari PSJ-dən matç biletləri və bir sıra digər imtiyazlar aldığı iddia edilir.

Bu araşdırmada sübut kimi işdə iştirak edən şəxslərin yazışmalarından istifadə olunur.

Xatırladaq ki, Neymarın PSJ-yə transferi futbol tarixində ən bahalı transfer olaraq qalır. “Barselona” braziliyalı oyunçu üçün 222 milyon avro alıb.

Mənbə: championat.ru

Top
0.12979102134705