kriminal.az
İstanbulda məhkəmə binasına silahlı hücum: Ölənlər və yaralılar var - VİDEO

Türkiyənin İstanbul şəhərinin Çağlayan rayon məhkəməsinin binasının girişinə hücum nəticəsində iki nəfər ölüb, altı nəfər yaralanıb.

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Onun sözlərinə görə, hadisə zamanı üçü polis olmaqla altı nəfər yaralanıb. 

Ali Yerlikayanın verdiyi məlumata görə, zərərsizləşdirilən terrorçulardan biri kişi, digəri qadındır. Həmçinin, E.Y. və P.B. adlı hücumçuların DHKP/C terror təşkilatının üzvü olduqları təsbit edilib.

Mənbə: TRT Haber

Top
0.13394093513489