kriminal.az
Əli Əsədovdan Xəzərdə yaradılmış süni torpaq sahələri barədə YENİ QƏRAR

Nazirlər Kabineti 12 yanvar 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları"na dəyişiklik edib.

Kriminal.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində yaradılan süni torpaq sahəsində tikinti məqsədləri üçün şəhərsalma əsaslandırılmasının tərtib edilməsi tələb olunmur.

Top
0.072026014328003