kriminal.az
Çilidə meşə yanğınları nəticəsində ölənlərin sayı 130-u ötüb

Çilinin Valparaiso bölgəsində baş verən meşə yanğınlarında ən azı 131 nəfər ölüb.

Bu barədə ölkənin tibbi ekspertiza mərkəzində məlumat verilib. 

Ekspertlərin məlumatına görə, artıq 35 cəsədin şəxsiyyəti müəyyən edilib.   

Xatırladaq ki, fevralın 2-də Çili Prezidenti Qabriel Boriç yanğınlarla əlaqədar Valparaisoda fövqəladə vəziyyət elan edib. Səlahiyyətlilərin hesablamalarına görə, 14 mindən çox ev yanıb və ya zədələnib. 

Mənbə: TASS 

Top
0.22533392906189