kriminal.az
Almatıda təbii fəlakətin baş verdiyi ərazidən dörd meyit çıxarılıb - YENİLƏNİB + FOTO/VİDEO

Qazaxıstanda təbii fəlakətin baş verdiyi ərazidən dörd nəfərin meyiti çıxarılıb.

Bu barədə Almatı Fövqəladə Hallar Departamenti məlumat verib.

Bildirilir ki, meyiti çıxarılanlar - 1984-cü il təvəllüdlü kişi, 1980-ci il təvəllüdlü qadın və 2007-ci il təvəllüdlü iki yeniyetmədir.

Həmçinin qeyd edilib ki, dağıntılar altında olan insanların axtarışına maksimum sayda xilasedici cəlb edilib. Bununla belə, yolun çox dar olması səbəbindən avadanlıqlardan tam istifadə etmək mümkün olmadığı üçün, xilasedicilər əllə işləyirlər.

Sürüşmənin mümkün səbəbi kimi təsərrüfat üsulu ilə tikilmiş yeraltı su borusu və düzgün qurulmayan yağış drenajı göstərilir.

11:01

Almatıda sürüşmə nəticəsində dağılan evin dağıntıları altından 16 yaşlı yeniyetmənin meyiti tapılıb.

Bu barədə Almatı Fövqəladə Hallar Departamentinin mətbuat xidməti məlumat verib.

Qeyd olunur ki, hazırda ərazidə 182 mütəxəssis və 32 texnika cəlb olunub.

İtkin düşən şəxslərin axtarış-xilasetmə işləri davam etdirilir.

10:44

Almatıda (Qazaxıstan) yaşayış evləri palçıq axını nəticəsində torpağın altında qalıb.

Almatı Fövqəladə Hallar Departamentinin mətbuat xidmətinin məlumatına görə, çökmə texnogen xarakterli torpağın bataqlıqlaşması nəticəsində baş verib.

İlkin məlumata görə, yaşayış evlərində ikisi uşaq olmaqla dörd nəfər olub.

Hadisə yerində Fövqəladə Hallar Xidmətinin əməkdaşları işləyirlər. İtkin düşən insanların axtarışı aparılır.

Mənbə: Tengrinews.kz

Top
0.1129469871521