kriminal.az
Əlcəzairdə hərbi helikopter qəzaya uğrayıb: Ölənlər var

Əlcəzair Hərbi Hava Qüvvələrinə məxsus helikopter ölkənin mərkəzi hissəsində qəzaya uğrayıb.

Mİ-171 hərbi vertolyotu ilə bağlı insidentin hava limanının kənarında baş verdiyi bildirilib.

Məlumata görə, helikopterin qəzaya uğraması nəticəsində onun üç nəfərlik heyəti həlak olub. Əlcəzair Prezidenti Əbdülməcid Təbbun həlak olanların ailələrinə və bütün hərbçilərə başsağlığı verib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: vedomosti.ru

Top
0.088881969451904