kriminal.az
Ukrayna ordusunun baş qərargah rəisi dəyişdi

Ukrayna Prezidenti Volodimir Zelenski general-mayor Anatoli Bargileviçi Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yeni rəisi təyin edib.

O, bu barədə axşam videomüraciətində bildirib.

Əvvəllər bu vəzifəni general-leytenant Sergey Şaptala tutub. Bargileviç isə Ərazi Müdafiə Qüvvələrinə rəhbərlik edib.

Mənbə: meduza.io

Top
0.09844708442688