kriminal.az
Braziliya İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırıb

Braziliya prezidenti Luis İnasiu Lula da Silva respublikanın Tel-Əvivdəki səfirini məsləhətləşmələr üçün geri çağırılmasını əmr edib.

Bu barədə “Folha de S.Paulo” nəşri yazıb.

“Braziliyanın Tel-Əvivdəki səfiri Frederiko Mayer Lula tərəfindən məsləhətləşmələr üçün ölkəyə geri çağırılıb”, - nəşrdə qeyd olunub.

Xatırladaq ki, İsrailin xarici işlər naziri İsrael Kaç Braziliya Prezidenti Lula da Silvanı “persona non grata” elan edib.

Top
0.2165048122406