kriminal.az
Suriyadan Türkiyəyə keçməyə çalışan “Cudi” kod adlı qadın terrorçu ələ keçirildi - FOTO

Suriyadan Türkiyəyə keçməyə çalışan PKK-çı qadın terrorçu ələ keçirilib.

PKK/KCK-PYD/YPG təşkilatının üzvü olan, “Cudi” kod adlı Huda El Tumanın Türkiyəyə soxulmaq cəhdi baş tutmayıb.

O, Türkiyə Milli Kəşfiyyat Təşkilatının verdiyi məlumatlar sayəsində Suriya müvəqqəti hökumətinin hərbi polisi tərəfindən saxlanılıb və “Barış Pınarı” əməliyyat bölgəsindəki hərbi həbsxanaya göndərilib.

Mənbə: Haber Global

Top
0.12113285064697