kriminal.az
Efiopiyada iğtişaşların təşkilində şübhəli bilinən fransız jurnalist saxlanılıb

Fransız jurnalist Antuan Qalindo Efiopiyada saxlanılıb.

O, ölkədə xaos yaratmaqda ittiham olunur.

Məlumata görə, jurnalist Afrika İttifaqının sammitini işıqlandırmaq üçün fevralın 13-də Efiopiyanın paytaxtı Əddis-Əbəbəyə gəlib.

Qalindo Efiopiyanın Oromiya əyalətinə daha çox muxtariyyətin verilməsini tələb edən müxalif Oromo Azadlıq Cəbhəsi partiyasının nümayəndəsi ilə görüş zamanı həbs edilib.

Mənbə: TASS

Top
0.12668800354004