kriminal.az
Rusiyanın məşhur diktoru vəfat etdi

Rusiyanın Xalq artisti, SSRİ Mərkəzi Televiziyasının diktoru və teleaparıcı Svetlana Morqunova 84 yaşında vəfat edib.

Bu barədə Svetlana Morqunovanın yaxın rəfiqəsi Vera Musatova məlumat verib.

Qeyd edək ki, Svetlana Morqunova 1961-ci ildən SSRİ Mərkəzi Televiziyasının diktoru olub. O, həmçinin “Mavi işiq” və “Səhər poçtu” proqramlarının aparıcılarından biri olub.

Mənbə: TASS

Top
0.67035412788391