kriminal.az
Afrikada kəskin istidən sonra şiddətli qar yağdı, dövlət sərhədi bağlandı

Cənubi Afrika ilə Lesoto arasındakı sərhədin əhəmiyyətli bir hissəsi son 24 saat ərzində yağan güclü qar səbəbindən insanların və yüklərin hərəkəti üçün bağlanıb.

Kriminal.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Afrikanın Sərhəd Nəzarəti Agentliyinin sözçüsü Meme Moqotsi məlumat verib.

"Cənubi Afrika və Lesotonu birləşdirən Sani keçidi, Busmansnek və Mononça sərhəd keçidləri pis hava şəraiti səbəbindən 21 sentyabrdan sonrakı xəbərdarlığa qədər bağlanıb" , - o bildirib.

Qeyd edək ki, şənbə günü Cənubi Afrikanın cənub-şərqində və şimal-qərbində yağan qar çoxsaylı yollarda nəqliyyatın hərəkətini iflic edib. Sürücülər və sərnişinlər avtomobillərində 12 saata qədər vaxt keçirmək məcburiyyətində qalıblar.

Qeyd edək ki, Cənubi Afrikada bu həftənin əvvəlində 36 dərəcəyə çatan istilərin yerini soyuq hava və qar alıb. Belə əhəmiyyətli temperatur dəyişiklikləri Cənubi Afrikanın yerləşdiyi Cənubi Yarımkürəsində yazın ilk ayı olan sentyabr üçün nadir hadisədir. Sinoptiklər xəbərdarlıq edir ki, Cənubi Afrikadakı qeyri-adi soyuq hava gələn çərşənbə gününə qədər davam edəcək.

Top
0.049157857894897