kriminal.az
Türkiyədə “xüsusi təhlükəsizlik bölgəsi” elan edildi: Qabara giriş-çıxış bağlandı

Türkiyədə Güçlükonak rayonu sərhədləri daxilində yerləşən Qabar dağı bölgəsi 15 gün müddətinə “müvəqqəti xüsusi təhlükəsizlik bölgəsi” elan edilib.

Bu barədə Şırnak valiliyi elan edib.

Bildirilir ki, qeyri-qanuni ünsürlərin fəaliyyətinin qarşısının alınması və onlara qarşı görüləcək tədbirlərlə əlaqədar martın 11-dən 25-dək qeyd olunan əraziyə giriş qadağan olunub.

“Vətəndaşlarımızın can və mallarının təhlükəsizliyi üçün qeyd olunan ərazilərə daxil olmaları qadağandır”, - deyə məlumatda vurğulanıb.

Mənbə: Haber Global

Top
0.28472900390625