kriminal.az
Fransada neft emalı zavodunda yanğın baş verib - VİDEO

Fransada “Esso-Exxon Mobil” müəssisəsində yanğın baş verib.

Hadisə bazar ertəsi Fransanın şimalındakı Port Jerom-Qraveşon qəsəbəsində yerləşən neft emalı zavodunda qeydə alınıb.

Məlumata görə, Normandiyada, Sena çayının sahilində yerləşən neft emalı zavodu sutkada 240 min barel istehsal gücünə malikdir və Fransanın ən böyük zavodlarından biridir.

O, paytaxt Parisin yerləşdiyi İl-de-Frans bölgəsini yanacaqla təchiz edir.

Mənbə: Reuters

Top
0.14226102828979