kriminal.az
Yanan “öküzlər”, qaçan insanlar... Meksikada illik festivaldan maraqlı görüntülər - FOTO

Meksikada Müqəddəs Yəhyanın şərəfinə illik festival baş tutub.

Yanan “öküzlər” və ayinlərlə müşayiət olunan tədbir artıq 35 ildir ki, Tultepek şəhərində keçirilir.

Tədbirlə əlaqədar insanlar “papye-maşe”dən öküz fiqurları düzəldirlər, sonra üzərinə fişənglər qoyur və partladırlar. Həmin vaxt minlərlə insan hər tərəfə dağılan “öküzlərin” qalıqlarından yayınmağa çalışır.

Bayramın özü yerli atəşfəşanlıq istehsalçılarının himayədarı hesab etdiyi Müqəddəs Yəhyaya həsr olunur. Tultapek qeyri-rəsmi olaraq Meksikanın “pirotexniki paytaxtı” hesab olunur.

Top
0.71757507324219