kriminal.az
Ərdoğan seçkidən sonra Putinin Türkiyəyə səfərini gözləyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 31-də ölkədə keçiriləcək bələdiyyə seçkisindən sonra Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfər edəcəyini gözlədiyini bildirib.

“Biz Qara dənizdəki hər iki qonşumuzla dialoqumuzu davam etdiririk. Keçən cümə günü İstanbulda Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul etdik. Seçkidən sonra Rusiya Prezidenti Vladimir Putini qəbul edəcəyik”, - deyə Ərdoğan Ramazan ayında ənənəvi iftar süfrəsində xarici səfirlərə müraciətində deyib.

Mənbə: TASS

Top
0.15053200721741