Braziliya milli futbol komandasının və Kataloniya “Barselona”sının keçmiş müdafiəçisi Dani Alveş həbsdən çıxandan sonra ilk paylaşımını dərc edib.
Kriminal.Az-ın məlumatına görə, o, bir gün əvvəl “El Periodico”da dərc olunan məqaləyə münasibət bildirib.
“Hansısa mediaya müsahibə verdiyim barədə deyilənlər doğru deyil. Məhkəmə bitənə qədər müsahibə verməyəcəyəm”, - deyə Alveş sosial şəbəkə hesabında yazıb.
Bundan əvvəl nəşr ki, Alveş ilk müsahibəsini verib və həbsxana həyatı barədə danışıb, harada olsa da, sağ qalacağını, hər şeyə uyğunlaşdığını deyib.
Xatırladaq ki, keçmiş futbolçu gecə klubunda qıza təcavüz etməkdə günahlandırılaraq 4,5 il müddətinə azadlıqdan məhrum edilib. 2024-cü ilin mart ayının sonunda Alves girov müqabilində sərbəst buraxılıb.