UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" "Ferentsvaroş"la qarşılaşıb - 2:3.
Kriminal.az xəbər verir ki, matçdan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.
"Futbolçularımı təbrik edirəm. Çox gərgin oyunla, böyük məsuliyyətlə Çempionlar Liqasının əsas mərhələsinə düşə bildilər. Hər birini yenidən daha böyük futbolu, daha böyük oyunları görmək münasibətilə təbrik edirəm. Cənab prezident də bizi rəsmi təbrik edir. Mən də onu təbrik etmək istəyirəm. Neçə ildir ki, böyük turnirdə Azərbaycanı görmək üçün bizim kimi o da gözləyirdi. Başda cənab prezident olmaqla, bütün ailəsini təbrik edirəm. Həqiqətən bu, bir daha göstərdi ki, cənab prezidentin gözü bizim üzərimizdədir. Məsuliyyətimiz bir daha artdı. Futbolçularıma da qayıdıram. Özünüz də gördüz ki, gərgin matç oldu. Bu da gərginlikdən irəli gələn durum idi. Bu gün stadionumuz tam başqa idi. Bəlkə çoxdan bu cür atmosfer görməmişdim. Biz nə qədər gərgin idiksə, onlar da belə idi. Onlara təşəkkür edirəm. Bəlkə də ən çox haqq edən onlar idi. Belə qalibiyyəti istəyirdilər. sizlərə təşəkkür edirəm. İllərdir həm yaxşı yazılarınızla, həm bizim yanımızda olmaqla, kollektivin, ailənin üzvüsüz".