kriminal.az
Oğlunun bıçaqladığı kişi xəstəxanada dünyasını dəyişdi

Oğlunun bıçaqladığı ata xəstəxanada dünyasını dəyişib.

Ölkə.az xəbər verir ki, Yevlaxın Havarlı kəndində 1959-cu il təvəllüdlü kənd sakini Talıbov Hüsü Qara oğlu ailə münaqişəsi zəminində 36 yaşlı oğlu tərəfindən bıçaqlanıb.

Ötən gün baş verən hadisə nəticəsində 10-dan çox bıçaq yarası alan H. Talıbov xəstəxanaya yerləşdirilib. Reanimasiya şöbəsində müalicə alan xəstənin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır. (APA)

Top
0.073293924331665