kriminal.az
Məhəmməd Salah “Mançester Yunayted”lə oyunda bir neçə rekorda imza atıb

İngiltərənin “Liverpul” komandasının misirli futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasının “Mançester Yunayted”lə oyununda fərqlənib və bir neçə rekorda imza atıb.

Salah Premyer Liqada “Yunayted”ə ən çox qol vuran futbolçudur (11). O, Premyer Liqada “Old Trafford”da “Mançester Yunayted”ə ən çox qol vuran futbolçudur (6). O, həmçinin “Mançester Yunayted”ə ardıcıl qol vurmaqla Premyer Liqa matçlarının sayına görə (4) rekordçu olub.

Xatırladaq ki, görüş 2:2 hesabı ilə başa çatıb.

Mənbə: gazeta.ru

Top
0.082486152648926