Nadir xəstəlikdən əziyyət çəkən 8 yaşlı Zəhranın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Kriminal.Az-a onun anası Leyla Əsədova məlumat verib.
O bildirib ki, övladı 2016-cı ildə qapalı spina-bfida xəstəliyi ilə dünyaya gəlib.
“Zəhra 2016-cı ildə nadir xəstəliklərdən olan qapalı spina-bfida xəstəliyi ilə dünyaya gəldi. Dünyaya gəldiyi gündən də elə müalicələrə, əməliyyatlara başladıq. Körpə yaşında ağır əməliyyat keçirərək bağırsaqlarının 90%-i çıxarıldı. Beldən aşağısı tam deformasiya olub, nəcis və sidik qeyri-iradidir. İllərdir Zəhranın müalicəsi ilə bağlı İranda, Türkiyədə müalicə alırıq. Türkiyədə aldığımız müalicələrin, nəhayət ki, müsbət təsiri olub. Həkimlər bir neçə müalicə periodundan sonra Zəhranın əməliyyat olaraq tamamilə sağala biləcəyini deyirlər”.
Leyla Əsədova yardımsevər şəxslərin dəstəyinə ehtiyacları olduğunu deyib.
“Mənim üç övladım var. Böyük qızım Gülnarənin böyrək problemi var, kiçik oğlum Hüseyn anadan olanda beynində şişlə doğuldu, küvəzə düşdü. Sizin saytın izləyicilərinin dəstəyi ilə müalicələrini vaxtında etdik. Çox şükür ki, o artıq sağlamdır. Zəhranın müalicəsi üçün hazırda 3 000 manata ehtiyacımız var. Yoldaşım taksi fəaliyyəti ilə məşğuldur, tək gəlir yerimiz odur. Arxamızda durub bizə dəstək olacaq valideynlərimiz də yoxdur. Yoldaşım uşaqlar evində böyüyüb, kimsəsizdir. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. Sizin saytın izləyiciləri mənim övladıma dəfələrlə dəstək olublar, onların haqqını ödəyə bilmərəm. Bu müqəddəs ayda mənim övladıma yenidən dəstək, onu həyata qaytarmağıma səbəb olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (070) 430-94-94.
Beynəlxalq Bank: 5522 0993 5719 0784.