kriminal.az
Vilayət Eyvazovdan növbəti rəis təyinatı

Yasamal Rayon Polis İdarəsinə yeni rəis təyin olunub.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Nəsimi Rayon Polis İdarəsinin rəisi Mirnemət Mirbabayev tutduğu vəzifədən azad edilərək, Yasamal Rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Yasamal Rayon Polis rəisi Cəmil Əmirov Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə yeni rəis təyin olunmuşdu.

Top
0.04654598236084