PSJ-nin baş məşqçisi Luis Enrike “Barselona”nın üslubunu kimin - özünün, yoxsa Xavinin daha yaxşı təcəssüm etdirməsi sualına cavab verib.
“Şübhəsiz ki, mən. Sahiblik məlumatlarına, yüksək təzyiqə, qazanılan kuboklara baxın. Bu cür məlumatları başqa cür qiymətləndirənlər var, amma... Bunlar rəqəmlərdir, bu, müzakirə olunası bir şey deyil”, - deyə Enrike bildirib.
Xatırladaq ki, Luis Enrike 2014-2017-ci illərdə “Barselona”ya rəhbərlik edib. Onun rəhbərliyi altında “blauqran” İspaniya çempionatı, ölkə kuboku, Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub. Xavi 2021-ci ildə katalonlara başçılıq edib. O, bu mövsümün sonunda klubu tərk edəcək.
Mənbə: championat