kriminal.az
Fəaliyyətinin dayandırıldığı bildirilən klinika məlumatı təkzib etdi.

Hakimiyyet.az informasiya agentliyinə məlumat verən klinikanın rəsmisi bildirib ki, "Medicare" klinikası barədə mətbuatda yayılan neqativ xəbərlər əsassızdır və heç bir reallığa uyğun deyil.Həmçinin mətbuat nümayəndələrinə klinikamızla bağlı yayılan məlumatları dəqiqləşdirikdən sonra yaymalarına çağırış edirik".

Klinikanın rəsmisi saytımıza açıqlamasında bildirib ki, İctimaiyyətə reallığı əks etdirməyən və ictimai rəyi çaşdırmağa yönələn saxta xəbərləri paylaşmaqdan çəkinməyə çağırırıq. Bu hallar qanunvericiliklə məsuliyyət yaradır. məlumatda qeyd olunur

Saxta məlumatları dövrü mətbuata ötüran şəxsləri, qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsı üçün məhkəmə orqanlarına müraciət edəcəyik.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev respublikamızda səhiyyənin inkişafına daim xüsusi diqqət yetirmiş, tibb işçilərinə böyük qayğı göstərmişdir. Ulu öndər qeyd etmişdir: "Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir". Bu diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün prioritet vəzifələrdən biri tibbi xidmətin təkmilləşdirilməsi və səhiyyə sahəsində yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən xidmətlərin göstərilməsidir.

Bir daha bildirmək istəyirik ki, klinikamız tam qanuni şəkildə, posiyentlərinə peşəkar həkim və tibbi personalı ilə xidmətini davam etdirir.

Top
0.041360855102539