kriminal.az
Dieqo Simeone İtaliyaya dönmək istəyir

“Atletiko Madrid” klubunun baş məşqçisi Dieqo Simeone İtaliyaya dönmək istəyir.

Məlumata görə, təcrübəli mütəxəssis “Atletiko Madrid”lə müqaviləsi başa çatdıqdan sonra İtaliya klublarından birini çalışdırmaq arzusundadır.

“Hazırda “Atletiko Madrid”lə uzunmüddətli müqaviləm var, amma karyeramın sonlarına doğru İtaliya A Seriyasında çıxış edən klublardan birini çalışdırmaq istəyərəm”, - deyə Simeone bildirib.

Qeyd edək ki, Dieqo Simeone daha öncə “Katania”, “San Lorenzo” və “Estudiantes” klublarını çalışdırıb.

Mənbə: Sporx.com

Top
0.098310947418213