Alman aktyor Til Şvayger hazırda sepsislə mübarizə aparır.
Əgər müalicə uğursuz olsa, o ayağını itirə bilər.
Hazırda Şvayger Mayorka adasındakı klinikadadır.
“Avqust ayından ayağımda yara olduğu üçün iki həftədir xəstəxanada antibiotik qəbul edirəm. O zaman baldırım zədələndi və içəriyə mikroblar daxil oldu. Təəssüf ki, vəziyyət getdikcə pisləşir”, - deyə aktyor “Bild”ə açıqlamasında deyib.
Məlumata görə, onun ayağının amputasiya edilmə riski var.
Aktyor özünü yaxşı hiss etmədiyini bildirib. Cümə axşamı gecə onun hərarəti yenidən yüksəlib.