kriminal.az
Şəmkir su anbarındakı torlar yığışdırıldı

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Su Nəqliyyatında Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Şəmkir su anbarında torların yığışdırılması ilə bağlı növbəti tədbir keçirilib. 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Modern.az-a açıqlamasında bildirib ki, keçirilən tədbirlər zamanı sözügedən su hövzəsindən 850 metr uzunluğunda 9 ədəd sintetik tor götürülüb.

Məlum olduğu kimi aprel ayının 1-dən "Təmiz hövzələr" şüarı ilə start verilən aksiya çərçivəsində Şəmkir su anbarı ilə yanaşı, digər su hövzələrində də tədbirlər davam etdirilir. 

“Layihəyə dəstək olaraq fəallıq nümayiş etdirən və su hövzələrində rast gəldikləri sintetik torlar barədə xidmətə məlumat verən bütün vətəndaşlara təşəkkür edir, onları hövzələrin mühafizəsində daha aktiv iştirak etməyə, balıq ehtiyatlarının qorunmasına dəstək olmağa çağırırıq”, - deyə B.Məmmədov bildirib.

Qeyd edək ki, ötən gün su anbarında torların qurulması ilə bağlı görüntülər yayılmışdı.

Top
0.042840003967285