Rafael Nadal Barselonada Peşəkar Tennis Assosiasiyası (ATP) turnirinin ilk tur matçında italiyalı Flavio Kobollini məğlub edib.
Qarşılaşma Nadalın öz adını daşıyan kortda baş tutub.
Görüş 6:2, 6:3 hesabı ilə Nadalın xeyrinə başa çatıb. Növbəti mərhələdə Nadal avstraliyalı Aleks de Minaurla qarşılaşacaq.
Qeyd edək ki, bu, Nadalın yanvarın 5-dən bəri ilk görüşü olub.
Mənbə: TASS