kriminal.az
Avropanın milli çempionatlarında ən az qol buraxan klublar: “Zirə” ilk “10-luq”dadır

“Zirə” 2023/2024 mövsümündə Avropanın milli çempionatlarında ən az qol buraxan 10 komandadan biridir.

“Report”un məlumatına görə, Azərbaycan klubu Premyer Liqada keçirdiyi 30 oyunda 18 qol buraxıb.

Ən azı 25 turun oynanıldığı liqalardakı komandalardan yalnız 8-i Rəşad Sadıqovun kollektivindən daha etibarlı müdafiə xəttinə malikdir. Bu baxımdan mövsümün ən yaxşı göstəricisi Bolqarıstanın “Ludoqorets” klubuna məxsusdur. Adıçəkilən komanda ölkə çempionatının 29 matçında qapısında cəmi 15 top görüb.

“Boraç” (Bosniya və Herseqovina) və “Şkupi” (Şimali Makedoniya) hərəyə 16 dəfə meydanın mərkəzinə dəvət olunmaqla ilk üçlükdə qərarlaşıblar. “Zaltsburq”, “Şturm” (hər ikisi Avstriya), PSV (Niderland), “İnter” (İtaliya) və ÇSKA (Bolqarıstan) 4-8-ci yerləri bölüşdürürlər. Bu klubların hər biri öz çempionatlarında 17 qola üzülüblər. “Zirə” isə siyahıda 9-cu sıradadır.

“Zirə” Premyer Liqada orta hesabla hər görüşdə 0,60 qol buraxır. Qəsəbə təmsilçisi bu göstəriciyə görə isə Avropanın 8-ci komandasıdır. Azərbaycan klubunu “Ludoqorets” (0,52), “İnter” (0,53), “Larne” (Şimali İrlandiya - 0,56), PSV (0,57), TNS (Uels - 0,58), “Şkupi” (0,59) və ÇSKA (0,59) qabaqlayırlar.

Top
0.060517072677612