kriminal.az
Türkiyəli məşhur aktyor: “Müəllimlərim məni döyərdi, mən də məktəbi alıb sökdürdüm...” - FOTO

Türkiyənin məşhur aktyorlarından olan Çağlar Ertoğrul etirafı ilə gündəm olub. Belə ki, o, uşaq vaxtı ibtidai sinif müəllimləri tərəfindən tez-tez döyüldüyünü, bu səbəbdən də yetkin olduqdan sonra məktəbi satın aldığını və sökdürdüyünü açıqlayıb.

Kriminal.Az-ın məlumatına görə, aktyor bu barədə özünün sosial şəbəkə hesabından bildirib.

Ertoğrul məktəbin qalıqları qarşısında fotosunu da paylaşıb.

“İbtidai sinif müəllimlərim məni həmişə döyürdülər, ona görə də məktəbin binasını alıb sökdürdüm. Yerində heç nə tikdirməyəcəyəm. Onun yeri dağıntılara çevrilmiş travmalarım kimi qalsın”, - deyə o, şəklinə rəy yazıb.

Ulduzun bu paylaşımı sosial şəbəkələrdə çoxsaylı müzakirəyə səbəb olub.

Qeyd edək ki, istedadlı aktyor 2012-ci ildə “Dağ” adlı filmdə rolu ilə məşhurlaşıb. Bundan sonra “Benim İçin Üzülme”, “Kurt Seyit ve Şura”, “Boynu Bükükler”, “Bana Masal Anlatma”, “Medcezir”, “Dağ 2”, “Biz Size Döneriz”, “Fazilet Hanım ve Kızları”, “Ailecek Şaşkınız”, “Yanımda Kal”, “Kızım Gibi Kokuyorsun” kimi film və seriallarda iştirak edib.

O, “Afili Aşk” və “Teşkilat” serialındakı rollarına görə “Ən Yaxşı Aktyor” kateqoriyasında “Altın Kelebek” mükafatına layiq görülüb.

Top
0.0992751121521