kriminal.az
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO

Gözlədiyimiz kimi, aprelin 5-də Belçikanın paytaxtında Ermənistan-ABŞ-Aİ formatında baş tutan üçtərəfli görüşün müqəddiməsi deyil, son sözü intriqalarla dolu oldu.

Bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan süjetdə deyilir.

Müəllif xatırladıb ki, görüş ərəfəsində, yəqin ki, Azərbaycanın artan sayıqlığını və yüksək müşahidə-analitik resurslarının səfərbərliyini hiss edən ABŞ-nin Dövlət katibi Antoni Blinken, ardınca da Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen dəstəyi götürərək Bakıya zəng ediblər.

“Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında , Brüssel görüşü hərbi xarakter daşımır və guya sırf iqtisadi əməkdaşlıqla bağlı məsələlər müzakirə olunacaq. Azərbaycanın dövlət başçısı zəngin təşəbbüskarına xatırlatdıqdan sonra ki, Brüssel görüşünə hazırlıq mərhələsində Ermənistana hərbi yardımın göstərilməsi, birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycanla sərhəddə hərbi infrastrukturun inşası və s. kimi məsələlər o qədər də gizli deyil, ABŞ dövlət katibi bu faktların təkzibinə risk etmədi və bu sıxıntılı anı bir növ yayındırmaq istədi, həmsöhbətinin gətirdiyi faktların Azərbaycana qarşı yönəlmədiyini iddia etdi. Ancaq diqqət edin, Blinken dəstəkdə eşitdiklərini də təkzib etmədi”.

Süjetdə bunun ardınca zəngi xatırladılıb və Prezident İlham Əliyevin ABŞ Dövlət katibi Antoni Blinkenlə müzakirə olunduğu kimi, bu görüşlə bağlı Azərbaycan tərəfinin mövqeyini ifadə etdiyi və regional inklüzivliyin vacibliyini vurğuladığı deyilib.

Müəllif “Caliber”in Brüssel görüşündən bir neçə gün sonra həqiqiliyi heç bir şübhə doğurmayan sənəd - bağlı qapı arxasında müzakirə olunan əldə etdiyini vurğulayıb.

“Sənədi təkzib etmək istəyənləri vaxtlarını boş yerə xərcləməməyə çağırırıq. Bunun əvəzinə isə cavab verin: Bütün bunlar nə deməkdir? Cavabdan boyun qaçırmaq olmaz. Brüssel də, ABŞ də cavab verməlidirlər”, - deyə müəllif əlavə edib.

Süjetdə vurğulanır ki, söhbət Azərbaycanın təhlükəsizliyindən gedir, bunun üçün Bakının istənilən addımı atmaq hüququ var.

Ətraflı süjetdə:

 

Top
0.044270992279053