kriminal.az
Biləsuvarda qadın yaylığı ilə özünü asdı

Biləsuvarda intihar hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün tikilmiş binalardan birində qeydə alınıb.

76 yaşlı Şamama Məhəmməd qızı Əfəndiyeva burada yardımçı tikilinin qarşısında yaylığı ilə özünü asıb.

Faktla bağlı araşdırma aparılır.

Top
0.083075046539307