Bir neçə gün əvvəl İranın Ermənistandakı səfiri Mehdi Sübhani bu ölkənin təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyanla görüşüb. Görüş zamanı diplomat bildirib ki, sentyabr ayında onun İrəvandakı missiyası başa çatır.
"Mən Ermənistanın dostu olmuşam və olacağam. Bu ölkəni şirin xatirələrlə tərk edəcəyəm", - deyə Mehdi Sübhani əlavə edib.
Kriminal.az xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan növbəti süjetdə qeyd olunur.
Təqribən iki il yarım Ermənistanda səfir vəzifəsində çalışan Mehdi Sübhani Azərbaycanda yaxşı tanınır. Onun diplomatik statusa uyğun olmayan qalmaqallı reputasiyası var. Bu isə, əsasən, səfir olduğu müddətdə vaxtaşırı qərəzli anti-Azərbaycan və açıq ermənipərəst açıqlamaları ilə bağlıdır. Elə buna görə də onun Ermənistanı tərk edəcəyi xəbəri Azərbaycanda diqqətdən kənarda qalmayıb. Hətta tanınmış təhlilçilərdən biri Sübhaninin fəaliyyəti ilə bağlı yazısında onun "təxribat missiyası"nın başa çatdığını vurğulayıb.
Mehdi Sübhani, xüsusilə 2023-cü ildən bəri, həm Azərbaycan-İran, həm də Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı daha çox təxribatçı çıxışları ilə yadda qalıb. Buna görə də vaxtaşırı Azərbaycan mediasında tənqid olunub və rəsmi səviyyədə cavabını alıb.
Qəribəsi budur ki, bütün bu müddətdə Sübhaninin qeyri-adekvat davranışına susan İranın Azərbaycandakı səfirliyi birdən-birə onun müdafiəsinə qalxıb. Belə ki, səfirliyin Mətbuat Xidməti srağagün yaydığı bəyanatda sözügedən yazıda yer alan ittihamları təkzib edib və İranın Ermənistandakı səfirinə qarşı irəli sürülən fikirləri "tamamilə əsassız və yalan" adlandırıb.
Həmin bəyanat yalnız İran mediasında deyil, həm də beynəlxalq mətbuatda geniş işıqlandırılıb. Bu isə İranın Azərbaycandakı səfirliyinə bəzi məqamları xatırlatmağı zəruri edir.
Daha ətraflı süjetdə: