“Yaponiyada iki “SH-60K” hərbi helikopteri qəzaya uğrayıb”.
Bunu ölkənin müdafiə naziri Minoru Kihara bildirib.
Onun sözlərinə görə, bir nəfər həlak olub, daha yeddi nəfər itkin düşüb.
Faciə Torişima adasından 270 kilometr şərqdə sualtı qayıq əleyhinə təlim zamanı baş verib.
Ehtimallara görə, helikopterlər bir-biri ilə toqquşub.
Hadisənin səbəbləri hələlik məlum deyil. Qəzada başqa ölkələrin də iştirak edə biləcəyinə dair heç bir əlamət yoxdur.
Mənbə: news.ru