kriminal.az
Mətanət Əsədova ünvanına yazılan tənqidlərdən danışdı

“Mən təbii, saf insanam, hər şeyi danışıram”.

Bu fikirləri müğənni Mətanət Əsədova ARB telekanalında yayımlanan “Günaydın, Azərbaycan” proqramında deyib.

O, ünvanına yazılan tənqidlərdən söz açıb.

“Deyirlər ki, ərə gedib çıxa bilmədi. Uşağı olmadı. Haqqımda daha nələr yazmırlar. Mən də onlara efir vasitəsilə deyirəm ki, çox sağ olun. Allah köməyiniz olsun. Allah bunları mənə nəsib etsin. Artıq heç nə istəmirəm. Bir tək istədiyim canımın sağ olması və mahnılar oxumaqdır”,- deyə müğənni bildirib.

Top
0.055100917816162