kriminal.az
Roma İmperiyasının banisinin villası aşkarlandı - FOTO

Yapon arxeoloqları ilk Roma imperatoru Avqusta aid olduğu güman edilən villa aşkarlayıblar.

Tokio Universitetinin alimləri yeni araşdırmada İtaliyanın cənubunda vulkanik pemza ağacının altında basdırılmış iki min illik bina tapıblar. Alim Mariko Muramatsunun rəhbərlik etdiyi qrup qazıntılara 2002-ci ildə başlayıb.

Dağıntıları üzərini örtən vulkanik pemza eramızın 79-cu ilində Pompey məhv olan zaman Vezuvinin püskürməsi nəticəsində yaranıb. Anbar ola biləcəyi təxmin edilən binanın divarının yaxınlığında alimlər onlarla keramika amforaları və sobanın qalıqlarını aşkarlayıblar. Ondan hamamı qızdırmaq üçün istifadə olunub. Sobanın mövcudluğu villanın nüfuzlu bir şəxsə məxsus olduğunu göstərir. Əşyaların eramızdan əvvəl I əsrdə düzəldildiyi müəyyən edilib. Daha əvvəlki dövrlərə aid əşyalar tapılmayıb. Bu, sobanın sonradan istifadə edilməməsinə işarə edə bilər.

Qədim sənədlərə görə, imperator Avqust (e.ə. 63 - e.ə. 14) ömrünün son günlərini Vezuvidən şimal-şərqdə yerləşən villasında keçirib. Daha sonra burada onun nailiyyətlərinin xatirəsinə abidə ucaldılıb. Lakin villanın dəqiq yeri sirr olaraq qalırdı.

Mənbə: Arkeonews

Top
0.050580978393555