kriminal.az
Şimali Koreya daha bir ballistik raket sınağı keçirib

Koreya Xalq Demokratik Respublikası (KXDR) daha bir ballistik raket sınağı keçirib.

Bu barədə Yaponiya Sahil Mühafizəsi məlumat yayıb.

Ölkə hökuməti hazırda buraxılışla bağlı təfərrüatı müəyyənləşdirir.

Məlumata görə, raket Yaponiyanın müstəsna iqtisadi zonasından kənara düşüb.

Qeyd edək ki, Şimali Koreya sonuncu dəfə aprelin 2-də döyüş başlığına malik yeni orta və uzaqmənzilli hipersəs sürətli “Hwasong-16B” raketini keçirib.

Mənbə: TASS

Top
0.088085889816284