kriminal.az
Ukrayna XİN 60 yaşa qədər kişilərə konsulluq xidmətinin göstərilməsini qadağan etdi

Ukrayna Xarici İşlər Nazirliyi hərbi mükəlləfiyyət yaşında olan kişilərə konsulluq xidmətinin göstərilməsini qadağan edib.

Müvafiq əmri Ukrayna XİN rəhbərinin birinci müavini Andrey Sibiqa imzalayıb.

Sənədə əsasən, 18 yaşdan 60 yaşa qədər ukraynalılar xaricdəki konsulluq xidmətlərindən yalnız vətənlərinə qayıtmalarını rəsmiləşdirmək üçün istifadə edə biləcəklər.

Qeyd olunub ki, qadağa 2024-cü il aprelin 24-dən qüvvəyə minəcək.

Sərəncamın icrasının xüsusi nəzarətdə saxlanılması əmr olunub.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski aprel ayının ortalarında haqqında qanun imzalayıb.

Mənbə: KP.ru

Top
0.048418045043945