Yunanıstanın paytaxtı Afinada keçmiş “Ellinikon” hava limanının yerində aparılan işlər zamanı İkinci Dünya Müharibəsindən qalmış yüzlərlə bomba aşkar edilib.
Elliniko-Argyroupoli bölgəsinin meri Yiannis Konstantatos brifinqdə bildirib ki, idarə olunan partlayışlar nəticəsində 314 bomba məhv edilib. Onun sözlərinə görə, bombalar Pont İttifaqının (Qara dəniz sahilindən olan yunanların birliyi) keçmiş obyektlərinin, uşaq bağçalarının və idman obyektlərinin altında yerləşdirilib.
“Tanrıya şükürlər olsun ki, heç vaxt dağıntı və ya partlayış baş verməyib. Hava limanının, onlarla bələdiyyə və mülki aviasiya departamentinin bu minalanmış sahədə necə işləməsi isə heyrətamizdir”, - Konstantatos bildirib.
Qeyd edək ki, “Ellinikon” hava limanı Afinanın mərkəzindən cəmi bir neçə kilometr aralıda yerləşir, 2001-ci ilə qədər fəaliyyət göstərib və 2004-cü il Olimpiya Oyunları üçün Elefterios Venizelos adına Beynəlxalq Hava Limanı tikildikdən sonra bağlanıb.
Mənbə: “RİA Novosti” “Telegram” kanalı