Dünyada ən çox spirtli içki içən uşaqların Böyük Britaniyadan olduqları müəyyən olub.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırmasının nəticələri sübut edir.
ÜST-ün hesabatına görə, İngiltərədə 11 yaşlı hər üç uşaqdan biri və 13 yaşlı uşaqların yarısı spirtli içki içib. Bu, tədqiqatın aparıldığı 44 ölkə arasında uşaq vaxtı spirtli içki qəbulunun ən yüksək göstəricisidir.
Qeyd olunur ki, varlı ailələrdən olan britaniyalı uşaqlar daha çox spirtli içki içirlər. Mütəxəssislərin fikrincə, bu, onların tez-tez şərab içən və övladlarına müvafiq nümunə göstərən valideynlərinə oxşamaq istəyi ilə bağlıdır.
ÜST-ün araşdırmasında yeniyetmələr arasında siqaretçəkmə problemi də nəzərdən keçirilib. Böyük Britaniyadakı uşaqların Fransa, Almaniya, İspaniya və Kanada da daxil olmaqla bir çox digər ölkələrdəki yaşıdlarından daha çox siqaret çəkdikləri müəyyən olub. Tədqiqatın nəticələri göstərib ki, alkoqol istehlakı və siqaret çəkmə əsasən qızlar arasında müşahidə olunub.
Mənbə: The Times