kriminal.az
Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq.

Kriminal.Az-ın əldə etdiyi məlumata əsasən, tədbir təntənəli şəkildə qeyd olunacaq.

Qeyd edək ki, 2021-ci ilin yanvarın 30-da Ağdam rayonu ərazisində inşa edilmiş Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılış mərasimi keçirilib.

Azərbaycan 2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağda keçirdiyi antiterror əməliyyatları nəticəsində separatizmə son qoyub və suverenliyini tam olaraq təmin edib.

Bundan sonra isə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinə ehtiyac qalmayıb.

Top
0.077997922897339