Rusiyalı stilist Natalya Temiralieva bu ilin cins dəblərindən danışıb.
“Enli ayaqlı, yüksək belli cins şalvarlar ən dəbli modellərdən birinə çevrilib”, - deyə stilist bildirib.
Stilistin sözlərinə görə, bu model ayaqlarını vizual olaraq uzatmaq və daha incə göstərmək istəyənlər üçün idealdır. Bu şalvar dar toplar və köynəklərlə, həmçinin həcmli sviterlər və gödəkçələrlə yaxşı gedir.
Həmçinin, Temiraliyeva qeyd edib ki, manjetli qısa cins şalvarlar dəb halını alıb. Onun sözlərinə görə, bu üslub görünüşə yüngüllük və rahatlıq qatmaqla yanaşı, gözəl ayaqqabılar nümayiş etdirməyə də imkan verir. Modeli həm tufli, həm də idman ayaqqabısı ilə geyinmək olar.
Daha maraqlı və yaddaqalan görünüş yaratmaq üçün stilist müxtəlif dekorativ elementləri olan cins şalvarları - tikmə, kəsik və yarıqları olanları geyinməyi məsləhət görüb. Diqqəti cəlb etmək üçün Temiralieva metal parıltılı cins şalvarlar geyinməyi tövsiyə edib.
Temiraliyevanın sözlərinə görə, beli büzməli cins şalvar, “boyfriend” cins şalvar, eləcə də köhnə və çirkli effektli cins şalvarlar da moda olaraq qalır.