Husilər ABŞ-nin dəyəri 30 milyon dollar (50 milyon manat) olan “MQ-9 Reaper” pilotsuz uçuş aparatını (PUA) vurublar.
Bu barədə Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının nümayəndəsi Yəhya Sarı məlumat verib.
Qeyd edək ki, bu, noyabr ayından bəri vurulan üçüncü “MQ-9 Reaper” aparatıdır.
Husilər, həmçinin Qırmızı dənizdə Britaniyanın “Andromeda Star” neft tankerinə raketlərlə hücum etdiklərini bildiriblər.
Mənbə: RT