Keniyada son iki ayda güclü və uzun sürən yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 76 nəfər ölüb.
Bu barədə Keniya hökumətinin sözçüsü İsaak Maiqua Mvaura məlumat verib.
“Son 12 saat ərzində daha 12 nəfər ölüb, yağışlar nəticəsində ölənlərin ümumi sayı 76-ya çatıb. Daha 29 keniyalı yaralanıb və 19 nəfər itkin düşüb”, - deyə o qeyd edib.
Mvaura əlavə edib ki, bir sıra çaylarda bəndlərin sıradan çıxması nəticəsində yaranan su sızıntıları səbəbindən yaxın günlərdə vəziyyətin daha da pisləşəcəyi gözlənilir.
Mənbə: TASS